Qaxda gənclərin əlbəyaxa davasında bıçaqlanan olub

Qaxda iki gənc arasında baş verən dava bıçaqlanma ilə bitib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax şəhəri ərazisində qeydə alınıb.

Qax şəhər sakini, 1996-cı il təvəllüdlü Orxan Tərlan oğlu Balacayev ilə rayonun Qaxingiloy kənd sakini, 1998-ci il təvəllüdlü Fuad Adil oğlu Mustafazadə arasında dava baş verib. Dava zamanı Orxan Balacayev Fuad Mustafazadəyə qapalı kəllə-beyin tarvması yetirib. Fuad Mustafazadə isə əlində olan kəsici alətlə Orxan Balacayevin sol bel nahiyəsinə xəsarət yetirib. Hər iki şəxs aldığı xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan xalq mahnılarının sayını bilirdiniz? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Viskiyə görə həbsxanadan qaçan məhbuslar geri qayıdıblar