Viskiyə görə həbsxanadan qaçan məhbuslar geri qayıdıblar

Viskiyə görə həbsxanadan qaçan məhbuslar geri qayıdıblar

Texas ştatının federal marşalları və şerif idarəsinin müstəntiqləri həbsxananı dəfələrlə öz istəklərinə görə tərk etmiş 4 nəfəri tutublar.

Bu barədə ABC13 saytı məlumat yayıb. Məlumata görə, 34 yaşlı Culian Lemus, 45 yaşlı Robert Yanq, 25 yaşlı Leo Martinez və 35 yaşlı Silvestr Riko bir neçə dəfə Bomont həbsxana kompleksini icazəsiz tərk edib və qaçaqmalçılıq malları ilə geri qayıdıblar.

Onların qaçışı haqqında məlumat əldə edən hüquq mühafizə orqanlarının əməkdaşları kompleksi nəzarətə götürüblər. Nəhayət ki, qanun pozucularını iş üstündə tuta biliblər. Tutulduqlarını görən məhbuslar gizlənməyə çalışsalar da, alınmayıb. Tutularkən onların üstündə viski şüşələri və mobil telefonlar olub.

Mənbə: www.oxu.az