Bakıda Beyləqan rayon sakininin başına bıçaqla xəsarət yetirilib.
APA xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Biləcəri qəsəbəsində naməlum şəxs xuliqanlıq zəminində Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyarov Müşfiq Tofiq oğlunun baş nahiyəsinə bıçaqla xəsarət yetirib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Mənbə: apa.az