Avtobusla minik maşını toqquşdu - Ölən var - VİDEO

Avtobusla minik maşını toqquşdu - Ölən var - VİDEO

Şirvan şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, 9 saylı sərnişin avtobusu “VAZ-21014” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ”ın sürücüsü yerindəcə keçinib. Onun meyiti maşında sıxılaraq qalıb.

Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sürücünün meyitini 2 saat ərzində maşından çıxarıblar.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik.
BAKU.WS

Mənbə: baku.ws