Metronun "28 May" stansiyasının qarşısında qadın xuliqanlıq zəminində döyülüb

Metronun "28 May" stansiyasının qarşısında qadın xuliqanlıq zəminində döyülüb

Bakının Nəsimi rayonunda döyülmə olub.

APA xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının qarşısında, "Yeraltı" ticarət mərkəzində baş verib.

Belə ki, İsmayıllı rayon sakini, 1981-ci il təvəllüdlü Balayeva Reyhanə Ağasəmid qızı naməlum şəxs tərəfindən xuliqanlıq zəminində döyülüb. Qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: apa.az