Ər üç uşaq anasını kəmərlə boğub öldürdü - TƏFƏRRAT

Ər üç uşaq anasını kəmərlə boğub öldürdü - TƏFƏRRAT

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində qətl törədilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, kişi qısqanclıq zəmnində üç uşaq anası olan həyat yoldaşını kəmərlə boğaraq qətlə yetirib.

Qadının 25 yaşı olub.

O, Bakıdan ötən gün qayıdıb. Qonşular bildiriblər ki, cütlük son üç ayı Bakıda yaşayıb və aralarında tez-tez mübahisələr olub.

Qətli törədəndən sonra kişi polis bölməsinə gedərək cinayət əməli barədə məlumat verib.

Kişi psixi pozğunluqdan əziyyət çəkib.

Qətlə yetirilən qadının meyiti Bakıya göndərilib.

Milli.Az

Mənbə: metbuat.az