Paytaxt sakini yıxılaraq boyun nahiyəsindən xəsarət alıb

Paytaxt sakini yıxılaraq boyun nahiyəsindən xəsarət alıb

Bakının Suraxanı rayonunda orta yaşlı kişi ehtiyatsızlıqdan xəsarət alıb.

APA xəbər verir ki, hadisə A.Rzayev küçəsində baş verib.

1972-ci il təvəllüdlü Şəfiyev Bəylər Xanlar oğlu yaşadığı evin həyətində iş görən zaman yıxılıb. Bu zaman kəsici alət onun boğaz nahiyəsinə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. B.Şəfiyevə boynunun sol nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.

Mənbə: apa.az