Bakıda küçədə tapılan yeni doğulmuş körpəyə KİM sahib çıxdı?

Bakı. Samir Əli - Trend:

Bakıda küçədən yeni doğulmuş uşaq aşkarlanıb.

Bu barədə Trend-ə Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, yeni doğulmuş uşağı küçədə Lökbatan qəsəbə sakini aşkar edib və sağ olduğundan polisə məlumat verib.

İlkin araşdırma zamanı uşağın vaxtından əvvəl doğulduğu məlum olub və uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır. Hələlik uşağın kim tərəfindən küçəyə atıldığı məlum deyil.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Şəkidə 16 yaşında hamilə qalan qızla bağlı - TƏFƏRRÜAT

SONRAKI XƏBƏR

Namiq Qaraçuxurlu ilə Mətanət Əsədovanın mehriban görüntüləri - VİDEO