Gədəbəydə mal-qara oğruları tutuldu

Gədəbəydə mal-qara oğruları tutuldu

Bakı. Trend:

Gədəbəydə mal-qara oğruları tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də Qoşabulaq kənd sakini B.Hüseynovun 2 baş inəyini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Sadıqova və T.Tağıyev saxlanılıblar.

Mənbə: az.trend.az