Etna vulkanı püskürdü!

Bakı. Trend:

İtaliyanın Siciliya adasında Etna vulkanı püskürüb.

Trend-in məlumatına görə, püskürmə ilə əlaqədar Kataniya əyalətində 3,3 bal gücündə zəlzələ də baş verib.

Yeraltı təkanlar 9 kilometr dərinlikdə qeydə alınıb.

Etnanın püskürməsi ilə əlaqədar Kataniya hava limanının üzərində hava məkanı qismən bağlanıb. Aeroportda uçuş və enişlərin sayı məhdudlaşdırılıb.

Hər hansı bir fəsad və ya itki barədə məlumat verilməyib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

BMT-nin rezident əlaqələndiricisi Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

SONRAKI XƏBƏR

Prezident daha bir məmurla təkbətək görüşdü - FOTO