Əfqanıstanda məsciddə partlayış törədilib, 17 nəfər ölüb

Əfqanıstanda məsciddə partlayış törədilib, 17 nəfər ölüb

Bu gün Əfqanıstanın Nangarhar vilayətində məsciddə cümə namazı zamanı iki partlayış törədilib.

APA-nın xəbərə görə, bu barədə “Tolo news” telekanalı məlumat yayıb.

Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Mənbə: apa.az