Rusiya NATO üzvləri ilə həbs olunan casusları dəyişdirməyə hazırlaşır

Rusiya NATO üzvləri ilə həbs olunan casusları dəyişdirməyə hazırlaşır

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi şəxslər arasında danışıqlar başa çatmaq üzrədir.

Casusların arasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin kəşfiyyat işçisi olduğu bildirilən Nikolay Filipçenkonun da olduğu deyilir.

Filipçenko Litva əks-kəşfiyyat agentləri tərəfindən 2015-ci ildə tutulub. O, 2011 və 2014-cü illər arasında bir neçə dəfə Litvaya səyahət etmək üçün saxta şəxsiyyət vəsiqələrindən istifadə etməkdə ittiham olunub. Əsas iddia budur ki, o, həmin vaxt Litva Prezidenti Dalya Qrybauskaytenin ofisində dinləmə qurğuları yerləşdirmək üçün casus tutmaq istəyib. Məhkəmə ona 10 il həbs cəzası verib. Casus məhkəmə prosesində ifadə verməkdən imtina edib və özü və ya işəgötürənləri haqqında hər hansı bir məlumat açıqlamayıb. Onun Litvada casusluqda ittiham olunan ilk FTX kəşfiyyatçısı olduğu güman edilir.

Ruslar Filipchenkonu iki Litva vətəndaşı olan Yevgeni Mataitis və Aristidas Tamosaitislə dəyişdirmək üçün razılığa gəliblər.

Tamosaitis Rusiyada 2015-ci ildə Litva Müdafiə Nazirliyi üçün casusluq etdiyinə görə 12 il həbs cəzası alıb. Növbəti ildə Rusiya məhkəməsi Litva-Rusiya ikili vətəndaşı olan Mataitisi Litva kəşfiyyatını Rusiya hökumətinə aid gizli sənədlərlə təmin etdiyinə görə 13 il həbs cəzasına məhkum edib.

Sevinc Əliyev

Mənbə: ordu.az