“iPhone”nin son modellərini Bakıya qanunsuz keçirmək istədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefon və aksesuarlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

"Qafqazinfo"ya daxil olan məlumata görə, "Nyu York-Bakı" aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Vətəndaşa məxsus əl yükü rentgen aparatından keçirilən zaman şübhəli əşyaların təsviri görünüb və o təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Bu zaman onun çamadanında və bel çantasının içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən 2 ədəd "İphone 11 Pro Max Gold 256 GB", 3 ədəd "İphone 11 Pro Max Midnight green 512 GB", 2 ədəd "İphone 11 Pro Midnight green 256GB", 2 ədəd "İphone 11 Pro Midnight green 512GB", 2 ədəd "İphone 11 Pro Max Space Gray 512 GB", 5 ədəd "İphone 11 Pro Max Midnight green 256 GB", 1 ədəd "İphone 11 Pro Midnight green 64 GB" markalı mobil telefon və 2 ədəd "Airpods" markalı qulaqlıq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI

SONRAKI XƏBƏR

"Real" ilin transfer bombasını partladır - FOTO yayıldı