Berlində qatarın vaqonlarından birində yanğın olub

Berlində qatarın vaqonlarından birində yanğın olub

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində qatarın vaqonlarından birində yanğın olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin yanğın xidmətinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Uzaq yol gedən qatarın vaqonu yanıb. Üç nəfər yüngül xəsarət alıb".

Qeyd edilir ki, insident "Belvü" stansiyasında baş verib. Yanğının səbəbi barədə məlumat verilmir.

Mənbə: az.trend.az