Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər.İlkin məlumata görə, əsgər silahla ehtiyatsız davranması nəticəsində aldığı güllə yarasından həyatını itirib.

Bir il öncə hərbi xidmətə gedən Həsən Bədəlov oktyabrın 22-də doğulduğu Neftçala şəhərində torpağa tapşırılıb.Məlumatı həmin bölgədə yaşayan ictimia fəal Emil Məmmədov da öz "Facebook” hesabında paylaşıb.

Onun sözlərinə görə, əsgərin atası hərbi qulluqdan ehtiyata buraxılmış polkovnik-leytenantdır.Məsələ ilə bağlı Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb.

 

criminal.az

ƏVVƏLKİ XƏBƏR

"Göstərdiyimiz bərbad oyun məni o cür danışmağa məcbur etdi" - Şeydayev

SONRAKI XƏBƏR

HƏKİMİ DANIŞDI: Amaliya Pənahovanın xərçəng olduğunun yayılmasını görün kim qadağan edibmiş-İNANILMAZ