Bakıda binanın girişində yeni doğulmuş oğlan uşağı tapılıb

Bakıda binanın girişində yeni doğulmuş oğlan uşağı tapılıb

Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 2-də yerləşən 7 saylı yataqxananın girişində yeni doğulmuş oğlan uşağı tapılıb.

APA xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları körpəni Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Araşdırmalar aparılır.

Mənbə: apa.az