Mərdəkan yolunda ölümlə nəticələnən qəza baş verib - VİDEO

Mərdəkan yolunda ölümlə nəticələnən qəza baş verib - VİDEO

Bir saat əvvəl H.Əliyev adına hava limanından Mərdəkan qəsəbəsinə gedən yolda iki avtomobil toqquşub.

Moderator.az xəbər verir ki, qarşıdan sürətlə gələn maşın qəfildən yoldan çıxaraq, digərinə dəyib. Nəticədə sürücü hadisə yerindəcə dünyasını dəyişib. Digər sürücü isə ağır halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Könül Aypara

Mənbə: moderator.az