Sumqayıtda “Mercedes”lə “Mitsubishi” toqquşub - FOTO

Sumqayıtda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil qarşıda hərəkət edən “Mitsubishi” markalı avtomobilə dəyib.

Qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Pentaqon rəhbəri: "Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq"

SONRAKI XƏBƏR

Gəncədə yeniyetmə oğlan bıçaqıanıb