Bakı sakininin maaş kartından külli miqdarda pul mənimsənilib - VİDEO

Bakı sakininə qarşı kibercinayətkarlıq olub. Vətəndaşın maaş kartından külli miqdarda pul çıxarılıb.

Press.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Suraxanı rayonu, Əmircan qəsəbə sakini Mehman Kərimov iddia edir ki, bir şirkətdə yük avtomobili idarə edir. O, iyun ayında maaş kartının vaxtı bitiyi üçün banka müraciət edib və yeni kart alıb. Amma son bir neçə ay olar ki, onun maaş kartından külli miqdarda pul naməlum şəraitdə mənimsənilib.

Kibercinayətkarlığa məruz qalan Mehman Kərimova bank hesabından çıxarış arayışı da verilib. Məlum olub ki, müxtəlif tarixlərdə oyunlara yüklənən məbləğ, ümumilikdə 3 min manat olub.

Hadisəni şərh edən hüquqşünas Anar Ramazanov deyib ki, vətəndaşlar bankdan kart alarkən həmin kart üzrə müqavilədə risklərin hansı formada tənzimləndiyinə fikir verməlidirlər. Bundan başqa, diqqət ediləsi digər bir məqam isə bankın kart üzərindən şübhəli əməliyyatlara qarşı anında reaksiya verilməsi məsələsidir.

Ekspert qeyd edib ki, bu cür cinayətlər adətən ən çox onlayn alış-veriş saytlarından daha çox istifadə edən şəxslərə qarşı törədilir.

Qeyd edək ki, bu məsələ ilə bağlı Mehman Kərimov Maliyyə Bazarlarına Nəzarət Palatası, Daxili İşlər Nazirliyi və Bakı Şəhər Prokurorluğuna da məlumat verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Press.az

ƏVVƏLKİ XƏBƏR

Naxçıvanda ümumi daxili məhsulun istehsalı 1,5 faiz artıb

SONRAKI XƏBƏR

Parlament Breksitlə bağlı layihəni qəbul etdi