Bakının Xəzər rayonunda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, avtoqəza Buzovna qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Paşayeva Ülviyyə Tahir qızı "BMW" markalı minik maşını tərəfindən vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun hər iki diz qapağının sındığı müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Əri tərəfindən öldürülən qadın millimizin sabiq futbolçusunun anası imiş

SONRAKI XƏBƏR

Əməkdar artistdən etiraz: “Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür”