27 yaşlı canidən İYRƏNC ƏMƏL: 18 aylıq oğlan uşağına bir ay təcavüz etdi

27 yaşlı canidən İYRƏNC ƏMƏL: 18 aylıq oğlan uşağına bir ay təcavüz etdi

İngiltərənin Luton şəhərində yaşayan 27 yaşlı Keyn Fanelli həbs edilib.

Müqəddəs Albans kral məhkəməsində mühakimə olunan şəxs 18 il müddətinə azadllıqdan məhrum edilib.

Buna səbəb onun 18 aylıq oğlan uşağını fiziki işgəncələrə və təcavüzə məruz qoyması olub.

Hazırda mühafizə altında olan uşaq 2018-ci ilin may ayından iyun ayına qədər K. Fanelli tərəfindən zorakılığa uğrayıb.

İyulun birində xəstəxanaya aparılan uşaq bu müddət ərzində bir sıra travmalar alıb. Bununla yanaşı onun bədənində çürüklər, şişlər, dişləmə izləri, yanıqlar, kəsiklər və sıyrıqlar meydana gəlib.

Uşağı müayinə edən pediatr 25 illik stajında nadir hallarda bu cür hadisələrə şahid olduğunu deyib. Bildirib ki, uşağın sağ qalması böyük şansdır.

İyulun 4-də saxlanılan cinayətkar həbsdən çıxmazdan əvvəl cəmiyyət üçün təhlükəli olub-olmadığının yoxlanması üçün aiddiyyatı qurumlar tərəfindən qiymətləndiriləcək.

K. Fanelin adı təcavüzkarların siyahısında olacaq və 16 yaşına çatmamış istənilən uşaqla təmas etməsinə qadağa qoyulacaq.

Onun hazırda üç yaşı olan zərərçəkmişlə əlaqə qurması da qadağandır.

AzNews.az

Mənbə: olaylar.az