Honq Konqda 22 yaşlı tələbənin ölümü yeni iğtişaşlara səbəb ola bilər

Honq Konqda 22 yaşlı tələbənin ölümü yeni iğtişaşlara səbəb ola bilər

Bu həftənin əvvəlində etiraz aksiyaları zamanı ölən Honq Konq universitetinin tələbəsi bir neçə aydır hökumət əleyhinə davam edən etirazlar zamanı həyatını itirən ilk insan olub və bu, Çin tərəfindən idarə olunan şəhərdə yeni iğtişaşlara səbəb ola bilər.

Honq Konq Elm və Texnologiya Universitetinin tələbəsi, 22 yaşlı Çou Tse-Lokun bazar ertəsi aldığı yaralardan öldüyü deyilsə də, rəsmilər onun polisin Kovlun yarımadasının şərqindəki nümayişləri dağıdarkən bir qarajın ikinci mərtəbəsindən yıxıldığını deyib.

Belə görünür, Çoun ölümü yeni etirazlara səbəb olacaq və son bir neçə onillikdə ən ağır siyasi böhranla mübarizə edən şəhərdə zorakılıqdan istifadə etdiyinə görə təzyiq altında olan polisə qarşı qəzəbi artıracaq.

Nümayişçilər bu həftə xəstəxananın ətrafına toplaşaraq, Çou üçün dua edib, çiçək dəstələri gətirib və binanın içərisindəki divarlara "tezliklə sağal" kimi mesajlar yazıb. Keçmiş Britaniya müstəmləkəsinin demək olar ki, bütün universitetlərinin tələbələri də mitinqlər təşkil edib.

"Tezliklə oyan. Unutmayın ki, biz LegCo altında görüşməliyik" deyilən bir mesaj etiraz aksiyalarının hədəflərindən biri olan Regional Qanunvericilik Şurasına istinad edib.

Bigər bir mesajda isə "Həyatınızda hələ təcrübə etmədiyiniz çox şey var" - deyə, bilıdirilib.

Mənbə: www.amerikaninsesi.org