Bakıda ağır yol qəzası olub, yaralılar var

Bakıda ağır yol qəzası olub, yaralılar var

Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax şosesinin Qaradağ rayonunun ərazisinə düşən hissəsində, DYP-nin stasionar postunun yaxınlığında qeydə alınıb.

Məlumata görə, “Ford” markalı sərnişin mikroavtobusu yük avtomobilinə çırpılıb.

Qəza zamanı çoxlu sayda xəsarət alanların olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

Mənbə: apa.az