Gəncədə zəncirvari yol qəzası baş verib - FOTO

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan "VAZ 2107", "Mercedes" markalı minik maşını və "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzaya səbəb avtomobillərdən birinin ara məsafəsini düzgün seçməməsi olub. Araşdırmalar davam edir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ VƏ RUSİYA ARASINDA GİZLİ ANLAŞMA VAR?

SONRAKI XƏBƏR

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Jeffrey Ankaraya gəldi