Bakıda DƏHŞƏT: pişiklə oynayan UŞAQ ÖLDÜ

Bakıda DƏHŞƏT: pişiklə oynayan UŞAQ ÖLDÜ

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Sabunçu rayonu ərazisində Ələkbərov Ələkbər Yusif oğlunun cərəyan vurması nəticəsində vəfat etməsi hadisəsi ilə bağlı Yusubov Etibar Seyfəddin oğlu barəsində Sabunçu Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni, səhənkarlıq – ölümlə nəticələndikdə maddəsi ilə açılan işin materialları rayon məhkəməsinə göndərilib.
İşə hakim Mehriban Qarayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 8 yaşlı Ələkbərov Ələkbər Yusif oğlu qəsəbə ərazisində yerləşən yüksək gərginlikli elektrik paylayıcısının korpusuna toxunub və o elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Azyaşlı pişiklə oynayarkən heyvan qaçaraq elektrik paylayıcısının korpusuna girib. Uşaq da pişiyin dalınca gedib və nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: news24.az