"Yol mənimdir" deyib qəzaya düşənlərə siz də baxın - VİDEO

"Yol mənimdir" deyib qəzaya düşənlərə siz də baxın - VİDEO

Paytaxtda baş vermiş üç yol qəzası kameraya düşüb.

Press.az Avtosfer.az-a istinadən xəbər verir ki, hər üç qəzaya əsas səbəb yol ver nişanının tələbinin pozulması və yolayrıcını düzgün keçməməkdir.

İlk videoda sola geriyə dönmə etmək istəyən avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsini buraxmır. Onun gözləyəcəyini zənn edərək yola çıxır. Nəticədə toqquşma baş verir.

İkinci videoda isə yolayrıcına qırmızı işıqda daxil olan sürücü digər avtomobil ilə toqquşur. Üçüncü qəza isə taksi sürücüsü yolayrıcına daxil olur. Bu zaman sağdan gələn nəqliyyat vasitəsini gözləmir və nəticədə qəza baş verir.

Videonu təqddim edirik:

Mənbə: press.az