Bakıda ata oğlu və gəlini tərəfindən döyülüb

Bakıda ata oğlu və gəlini tərəfindən döyülüb

Bakıda döyülmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Azərbaycan Texniki Universitetinin yataqxanasında qeydə alınıb. Orada yaşayan məcburi köçkün, 1976-cı il təvəllüdlü Ceyhun Məmmədov oğlu və gəlini tərəfindən döyülüb.

Müxtəlif bədən xəsarətləri alan Ceyhun Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az