Oğuzda kran aşıb, sürücü xəsarət alıb

Oğuzda kran aşıb, sürücü xəsarət alıb

Oğuz rayonunda kran aşıb, sürücü xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.

Belə ki, Qax rayon sakini, 1955-ci il təvəllüdlü Otaraşvili Zauri Qriqoryeviç idarə etdiyi "Kamaz" markalı kranın aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az