Mikroavtobus 32 yaşlı oğlanı vurdu

Mikroavtobus 32 yaşlı oğlanı vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Hamlet Arif oğlu yolu keçən zaman mikroavtobus onu vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

Mənbə: qafqazinfo.az