Kürdəmirdə avtobusda sərnişindən oğurluq edən şəxs saxlanılıb - FOTO

Kürdəmirdə avtobusda sərnişindən oğurluq edən şəxs saxlanılıb - FOTO

Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndində yerləşən Çıraq restoranında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakinləri - Hümbətova Arzu Əlibala qızı və Babayeva Narıngül Nadir qızı Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək oktyabrın 20-si axşam saatlarında Kürdəmir rayonu ərazisində yerləşən Çıraq restoranına istirahət üçün düşərkən avtobusda qalan çantasından 352 dollar, 200 manat və 40 manat xırda pulunun, digər sərnişinin isə çantasından 1 ədəd 495 manat dəyərində “Xiaomi Red Mİ 7” markalı telefonunun oğurlandığını bildirib.

Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü, Ağdaş rayon sakini Quluyev Hakim Vələkrəm oğlu saxlanılıb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Mənbə: report.az