Müşfiqabadda avtomobil yolu keçmək istəyən qadını vurub

Müşfiqabadda avtomobil yolu keçmək istəyən qadını vurub

Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, İsayeva Xatirə yolu keçmək istəyərkən maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ağır kəllə beyin travması və bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az