Zabaykalye diyarında avtomobil qəzası nəticəsində yeddi nəfər həlak olub

Zabaykalye diyarında avtomobil qəzası nəticəsində yeddi nəfər həlak olub

Rusiyanın Zabaykalye diyarında avtomobil qəzası nəticəsində yeddi nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Çita-Zabaykalye federal yolunda mikroavtobusun iki yük avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər həlak olub. Xəsarət alan iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Rusiya Daxili İşlər Nazirliyi Zabaykalye İdarəsinin məlumatına görə, “Hyundai” markalı mikroavtobus yol kənarında dayanan “Shacman” markalı yük avtomaşınına çırpılandan sonra qarşı yola çıxıb və “Zil” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində həlak olanlar mikroavtobusun sərnişinləridir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az