İranda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 28 nəfər ölüb

İranda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 28 nəfər ölüb

Tehran, 14 noyabr, AZƏRTAC

İranın Əfqanıstan və Pakistan ilə sərhədində yerləşən Sistan-Bəlucistan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 28 nəfər ölüb.

Yerli mətbuatın məlumatına görə, qəza nəticəsində ölənlərin əksəriyyəti qanunsuz miqrantlardır. Yol-nəqliyyat hadisəsi törədən avtomobillərdə əfqan və pakistanlı miqrantlar olublar.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az