Güclü qar Avstriyanı iflic etdi - FOTO

Güclü qar Avstriyanı  iflic etdi - FOTO

Ölkədə xeyli sayda məktəb əlverişsiz hava durumuna görə müvəqqəti bağlanıb.

Mətbuat.az Avstriyanın "Kronen Zeitung" nəşrinə istinadən bildirir ki, güclü qar yağması gündəlik həyatı iflic edib. Beləki, Şərqi Tirol əyalətində ağaclar qırılıb, elektrik dirəkləri aşıb və minlərlə ev işıqsız qalıb. Magistral yollarda isə avtomobillərin hərəkəti çətinləşib.

Yerli qrumların bildirdiyinə görə, təkcə Salsburq əyalətində qarın hündürlüyü 70 sm çatıb və təhlükəli hava şəraiti səbəbindən bir neçə şəhərdə məktəblərin fəaliyyəti dayandırılıb.

 

Avstriyanın Hidrometeorologiya mərkəzi son açıqlamasında bildirib ki, yağıntılı hava şəraiti hələ bir neçə gün davam edəcək.

 

Mənbə: metbuat.az