Londonda insan alverinə qarşı aparılan əməliyyat tədbirləri nəticəsində on yeddi nəfər həbs edilib

Londonda insan alverinə qarşı aparılan əməliyyat tədbirləri nəticəsində on yeddi nəfər həbs edilib

London, 14 noyabr, AZƏRTAC

İngiltərənin paytaxtı Londonda insan alverinə qarşı aparılan əməliyyat tədbirləri nəticəsində on yeddi nəfər həbs edilib.

Rumıniya zabitlərinin köməyi ilə Londonun şərqində aparılan əməliyyat zamanı 29 qadın xilas edilib. Həbs olunanlardan 14-ü kişi və 3-ü isə qadındır.

Polis mərkəzindən verilən məlumata görə, birgə təşkil olunmuş əməliyyat tədbirinin əsas məqsədi mütəşəkkil cinayətkar şəbəkəni məhv etmək olub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: azertag.az