Bütün gecəni telefonla oynadı,  gözü tutuldu

Bütün gecəni telefonla oynadı,  gözü tutuldu

Çinin Şençjen şəhərində qəribə hadisə baş verib.

Cebhe.info xəbər verir ki, bütün gecəni mobil telefonla oyun oynayan gənc qızın gözü tutulub. “Unilad” nəşri yazır ki, gecə yarısı yatan qız, səhər oyanıb və telefonu yenindən əlinə alıb. Bu zaman ona məlum olub ki, sol gözü görmür. O, bu barədə həkimə müraciət edib. Onu müalicə edən həkim Tsyu Vantzsyan bildirib ki, gözlər yorulduğundan qan kapilyarları partlayıb və gözdə tor yaranıb. Qızın gözündə xırda lazer əməliyyatı aparılıb və problem aradan qaldırılıb.

Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info