Bank rəhbəri övladının gözləri önündə oğurlandı

Bank rəhbəri övladının gözləri önündə oğurlandı

Ukraynanın Kiyev şəhərində "Ukreksimbank" dövlət bankının başçısı Aleksandr Qritsenko oğurlanıb. Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Pryamoy" kanalı onun ailəsinə istinadən xəbər verib.

Bankirin qohumlarının sözlərinə görə, naməlum cinayətkarlar Qritsenkonu övladının gözləri önündə qara avtobusa salıb aparıblar.

Onun yaxınları artıq polisə müraciət ediblər.

Milli.Az

Mənbə: news.milli.az