Belçikada miqrant dəyənəklə piyadalara hücum edib

Belçikada miqrant dəyənəklə piyadalara hücum edib

Belçikanın Kortreyk şəhərinin mərkəzində Qana əsilli miqrantın hücumu zamanı üç əcnəbi yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, həmin şəxs əlində dəyənək insanlara hücum edib. “Yaralılardan ikisi ağır yaralandı”, - deyə Qərbi Flandriya əyalətinin prokurorluğu jurnalistlərə bildirib.

Hücum edən miqrant polis tərəfindən saxlanılıb, onun Belçikada leqal şəkildə yaşadığı deyilir. Zərərçəkənlərin də “xarici mənşəli” olduğu məlum olub, lakin onların vətəndaşlıqları göstərilməyib.

Hücumun səbəbləri istintaq tərəfindən müəyyən edilir. İlkin məlumatlara görə, hücum edən şəxs ruhi-əsəb pozğunluğundan əziyyət çəkirmiş.

Mənbə: apa.az