Cinayətkar SEMA şousu üçün hazırlanmış kupeni qaçıraraq, polislə "sıçan-pişik" oynayıb - VİDEO - FOTO

Cinayətkar SEMA şousu üçün hazırlanmış kupeni qaçıraraq, polislə "sıçan-pişik" oynayıb - VİDEO - FOTO

Məlum olduğu kimi, bu yaxınlarda Las Veqasda SEMA tüninq şousu keçirilməlidir. ABŞ-da fəaliyyət göstərən tüninq atelyeləri bu tədbirdə iştirak etməyi özlərinə borc bilirlər. Bu günlərdə sərginin iştirakçılarından birinin başına amerikan filmlərini xatırladacaq hadisə gəlib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Vermont ştatından olan Quintin Brothers Auto and Performance atelyesinin mütəxəssisləri şouda nümayiş etdirmək üçün məşhur turbin və ötürməli kompressorlar istehsalçısı olan ProCharger firmasının təkmilləşdirmələr dəsti ilə təchiz edilmiş Dodge Challenger modelini nümayiş etdirmək istəyiblər. Mal-kar Ford F250 pikapının yedəyə aldığı bağlı qoşqunun içində Las Veqasa gətirilib.

İş orasındadır ki, pikap qoşqu ilə birlikdə qaçırılıb. Üstəlik, firmanın hazırladığı "Çellencerin" açarları da pikapın içərisində olub. Avtomobilin qaçırıldığını görən tünerlər dərhal yerli televiziyanın köməkliyi ilə ictimayyətə müraciət edərək avtomobili görənləri polisə xəbər verməyə çağırıblar. Ən maraqlısı odur ki, cinayətkarın heç gizlənmək fikri də olmayıb və avtomobildən gen-bol istifadə edib. Müraciətdən sonra avtomobilə rast gələn insanlar polisə zəng edərək məlumat verməyə başlayıblar.

Polis əməkdaşları sonunda qaçırılmış avtomobili aşkar edərək onu təqib etməyə başlayıblar. Lakin, sürücü təslim olmaqdan vaz keçərək polislərdən qaçmağa təşəbbüs göstərib və buna müvəffəq də olub. Təqib zamanı polislər oğrunu çoxmərtəbəli parkinqdə qapadmağa müvəffəq olsalar da, cinayətkar polis avtomobillərini taran edərək aradan çıxıb. Onu 14 polis avtomobilinin təqinb etməsinə baxmayaraq oğru onlardan uzaqlaşmağa müvəffəq olub. Sonrada əzilmiş Challenger aşkar olunsa da, cinayətkar yoxa çıxıb. Bütün bu sərgüzəştlərdən sonra, atelye avtomobili aşkar edilmiş vəziyyətə sərgidə nümayiş etdirmək qərarına gəlib.b

Milli.Az

Mənbə: news.milli.az