18 nəfəri öldürən, 30 nəfəri isə yaralayan terrorçu tutuldu

18 nəfəri öldürən, 30 nəfəri isə yaralayan terrorçu tutuldu

MİT YPG yanlısını sağ ələ keçirib

Dünən “Anadolu Agentliyinə” istinadən xəbər vermişdik ki, Suriyanın Türkiyə sərhəddi yaxınlığında yerləşən El Bab şəhəri yaxınlığında terror aktı törədilib. Avtomobilə yerləşdirilmiş partlayıcı uzaqdan idarə olunan qurğu ilə işə salınıb. Nəticədə 18 nəfər ölüb, 30 nəfərdən çox insan isə yaralanıb.

Agentlik onu da vurğulamışdır ki, adıçəkilən şəhərə Türkiyə ordusuna yaxın yerli silahlı qruplar nəzarət edir. O da qeyd olunmuşdur ki, terror aktı PKK/YPG üzvləri tərəfindən həyat keçirilib.

“Anadolu Agentliyi” nin bugün yaydığı xəbərdə isə deyilir ki, Milli Savunma Bakanlığının bildirdiyinə görə, partlayışı törədən şəxs MİT-in keçirdiyi əməliyyat nəticəsində sağ olaraq ələ keçib.(musavat.com)

pia.az

Mənbə: pia.az