Tehranda dövlət binaları YANDIRILDI

Tehranda dövlət binaları YANDIRILDI

İranda benzin artımına qarşı nümayişlər davam edir.

News24.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, Tehranın qərbindəki Melerd, Şəhriyar, Emiriye və Qüds rayonlarında poçt mərkəzləri, bank filialları, dövlətə məxsus binalar və müəssisələr yandırılıb.

Qüds bölgəsində davam edən nümayişlər zamanı Sebaşehr qəsəbəsində məscid, Tehranın mərkəzində təhlükəsizlik qüvvələrinə məxsus avtobus yandırılıb.

Melerddə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yaşanan insidentdə bir təhlükəsizlik işçisi öldürülüb.

Şiraz, İsfahan və Kerecin əsas küçələri nümayişçilər tərəfindən qurulmuş barrikadalarla nəqliyyatın hərəkəti üçün bağlanıb.

Sosial mediada paylaşılan görüntülərdə İran lideri Əli Xameneinin İsfahan mərkəzindəki afişası yandırılıb.

Mənbə: news24.az