Rayon prokurorunun müavini sərxoş vəziyyətdə saxlanıldı...

Rayon prokurorunun müavini sərxoş vəziyyətdə saxlanıldı...

Dağıstanda asayiş keşikçiləri sərxoş vəziyyətdə avtomobil idarə edən Tabasaran rayonu prokurorunun müavinini saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə “RİA Novosti” Dağıstan Respublikasının güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, həbs olunmadan öncə qanun pozucusu hüquq-mühafizə orqanı əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən, yəni tibbi müayinədən keçməkdən imtina edib. Hal-hazırda onun prokurorluq orqanlarından kənarlaşdırılması məsələsi həll edilir.

Sultan Laçın

Mənbə: moderator.az