Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var

Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı maşına çırpılıb. Nəticədə taksidə olan 1995-ci il təvəllüdlü Muradov Rauf Feyzulla oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Mənbə: report.az