Çində 11 şaxtaçı dağıntı altında qalıb

Çində 11 şaxtaçı dağıntı altında qalıb

Pekin, 20 noyabr, AZƏRTAC

Çinin Şandon vilayətindəki kömür mədənində baş verən qəza nəticəsində 11 şaxtaçı dağıntı altında qalıb.

AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə Ciasian qəzasında səhər saatlarında baş verib. Hazırda hadisə yerində axtarış işləri aparılır.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az