Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl-Toğanalı yolunun rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil “Toyota Prado” markalı maşınla toqquşub. Qəza nəticəsində 1969-cu il təvəllüdlü Həsənova Məlahət Ağarza qızı və daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Mənbə: apa.az