Nəsimi və Binəqədi rayonlarında cibgirlər saxlanılıb

Nəsimi və Binəqədi rayonlarında cibgirlər saxlanılıb

Nəsimi və Binəqədi rayonlarında cibgirlər saxlanılıb

Press.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən noyabrın 18-də rayon ərazisindəki oyun zalından, oranın işçisi, Zərdab rayon sakini Ü.Bəbirlinin mobil telefonunu, habelə içərisində 30 manat və sənəd olan pulqabısını oğurlayan Hacıqabul rayon sakini Ə.Yolçuyev saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də S.Əlirzayevanın 163 manat pulunu oğurlayan Bakı şəhər sakini Ə.Əli-Əkbərov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Mənbə: press.az