Süni yolla qolunu şişirtdi - Az qala ölürdü - FOTO

Süni yolla qolunu şişirtdi - Az qala ölürdü - FOTO

Rusiyalı Kirill adlı gəncin əzələ sevdası az qala onun sonu olacaqdı.

Milli.Az medicina.az-a istinadən bildirir ki, o böyük əzələyə sahib olmaq üçün 10 gün ərzində qollarına sintol adlı maddə vurub. Bundan sonra gəncin qolları getdikcə şişməyə başlayıb. LakinKirillin qoluna vurduğu maddə orqanizminə ziyan vurmağa başladı. Öncə qolu öz reflekslərini itirməyə başladı, daha sonra şişib və qaralmağa başlayıb.

Belə ki, sintolun səbəb olduğu toxumalarda çürümə onun sağlamlıq vəziyyəti getdikcə pisləşib. Buna görə o həkimə müraciət edib. Həkim müayinəsi zamanı məlum olub ki, Kirillin qollarını itirmək təhlükəsi var.

 

O, dərhal əməliyyata alınıb və qollarından 6 kq ağırlığında maddə çıxarılıb. Həkim bildirib ki,çıxarılan maddə sintol yox, geldir.

Milli.Az

Mənbə: news.milli.az