Erməni çağırışçı hərbi komissarlıq əməkdaşını bıçaqlayaraq qaçıb

Erməni çağırışçı hərbi komissarlıq əməkdaşını bıçaqlayaraq qaçıb

Ermənistanın Kotayk vilayətinin hərbi komissarlığında çağırışçı hərbi komissarlıq əməkdaşlarından birinə bıçaqla zərbə vurub və qaçıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan polisinin informasiya idarəsi tərəfindən də təsdiq olunub.

"Qeyd etdiyiniz hadisə baş verib, Hərbi Polis işlə məşğuldur", - deyə polisdən erməni KİV-lərinə bildirilib.

Hadisə ilə bağlı detalları Ermənistan Müdafiə Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Alpər Mövludoğlu

Mənbə: ordu.az