"Heyvan xəstələnəndə bizə işgəncə verirdi" - Pirşağıda ferma sahibinin DƏHŞƏTLİ əməlləri ortaya çıxdı - VİDEO

"Heyvan xəstələnəndə bizə işgəncə verirdi" - Pirşağıda ferma sahibinin DƏHŞƏTLİ əməlləri ortaya çıxdı - VİDEO

Bakıda 3 gün əvvəl itkin düşən 19 yaşlı Bayramov Səyad Ərəstun oğlu tapılıb. 

BAKU.WS xəbər verir ki, Səyad Pirşağıda çalışdığı fermadan yoxa çıxmışdı.

Axtarılan Səyadın yaxınları Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələrək, Fazil adlı şəxsin fermasından yoxa çıxdığını bildirib. Ailənin iddiasına görə, Fazil Səyadı 6 ildir fermada zorla saxlayırmış. Fazil bu müddət ərzində Səyada ailəsilə əlaqə yaratmağa icazə verməyib.

Səyadın qardaşı özünün də bir müddət Fazilin fermasında çalışdığını, Fazil tərəfindən işgəncələrə məruz qaldığını deyib. Qardaşın sözlərinə görə Fazil işçilərini əsarət altında saxlayır. İşlədir, pulunu vermir, döyür və söyür.

"Ailəmi də götürüb yanından qaçdım. Şox əziyyət verirdi. Heyvan xəstələnəndə bizə işgəncə verirdi. Mənim ailəmlə birlikdə iki ailə idi. Hamımıza eyni işgəncəni verirdi. İşlədirdi, pulumuzu vermirdi. Mən qaçdım, qardaşım qaldı. Səyad ondan çox qorxur. Fazilin qorxusundan heç nə deməyəcək", -Səyadın qardaşı deyib.

Zülfiyyə Qurbanova

BAKU.WS

Mənbə: baku.ws