Tovuzda 10 yaşlı qız itkin düşdü - FOTO

Tovuzda 10 yaşlı qız itkin düşdü - FOTO

Tovuzda 10 yaşlı qız itkin düşüb.

Atv.az-a verilən məlumata görə rayonun Dondar Quşçu kənd sakini, 10 yaşlı Quliyeva Nərmin Əşrəf qızı itkin düşüb. Valideynlərinin bildirdiyinə görə Nərmini sonuncu dəfə atası gödəkcə arxası ilə evə göndərib. Günorta saat 2-4 radələrində azyaşlıdan bir xəbər çıxmayıb. Uşağın yaxınlarının bildirdiyinə görə o icazəsiz evdən heç bir yerə getməyib sağlamlığında və əqlində heç bir qüsur olmayıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Polis əməkdaşları kənd ərazisinə səfərbər edilib və hər yerdə azyaşlının axtarışları davam etdirilir.

Anar Sərvaz / ATV.az

 

 

Mənbə: www.atv.az